...

Gəncənin MDB-nin idman paytaxtı seçilməsi münasibətilə sertifikatın təqdimetmə mərasimi keçirilib (FOTO)

İdman Materials 16 İyun 2025 13:49 (UTC +04:00)
Gəncənin MDB-nin idman paytaxtı seçilməsi münasibətilə sertifikatın təqdimetmə mərasimi keçirilib (FOTO)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

15 iyun 2025-ci il tarixində Gəncə şəhərində yerləşən Heydər Əliyev Park-Kompleksində Gəncənin 2025-ci il üçün Müstəqil Dövlətlər Birliyinin (MDB) idman paytaxtı seçilməsi münasibətilə sertifikatın şəhər rəhbərliyinə təqdim edilməsi mərasimi keçirilib.

Bu barədə Trend-ə Bakı Şəhər Halqasından məlumat verilib.

Bildirilib ki, tədbir Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələrinin qoyulması ilə başlayıb. Mərasimdə dövlət rəsmiləri, MDB-yə üzv ölkələrin nümayəndələri, mədəniyyət və idman xadimləri, eləcə də, ictimaiyyətin tanınmış simaları iştirak ediblər.

Sertifikatın təqdim edilməsindən sonra qonaqlar III MDB Oyunlarında yer alacaq idman növləri ilə tanış olublar. Heydər Əliyev Mərkəzindən "Zəfər Tağı"nadək olan məsafədə müxtəlif idman növləri üzrə idmançıların çıxışları izlənilib. Tədbir konsert proqramı ilə davam edib.

III MDB Oyunları 2025-ci il 28 sentyabr – 8 oktyabr tarixlərində Azərbaycanın yeddi şəhərində – Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndidə təşkil olunacaq. Təntənəli açılış və bağlanış mərasimləri isə məhz Gəncə şəhərində baş tutacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti