Bakı. Trend:
İsrail Hərbi Hava Qüvvələri Tehran səmasına nəzarət edir.
Trend xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu Tel-Nof aviabazasında çıxışı zamanı deyib.
“Mülki insanları hədəf alan İranın rejimindən fərqli olaraq, biz rejim hədəflərini vururuq. Tehran vətəndaşlarına deyirik: Evakuasiya edin. Hərəkətə keçirik”, - o əlavə edib.