Bakı. Trend:
2025-ci ildə Naxçıvan Muxtar Respublikasında nəqliyyat sektorunda 7,2 milyon ton yük daşınıb.
Bu barədə Trend Muxtar Respublikanın Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu göstərici 2024-cü illə müqayisədə 1% çoxdur.
Eyni zamanda hesabat ilində muxtar respublikanın nəqliyyat sektorunda 48,012 milyon sərnişin daşınıb.
Bu isə 2024-cü ildəki göstəriciyə nisbətən 1,3% çoxdur.
