Bakı.Trend:
Lənkəranda həyat yoldaşını öldürməkdə təqsirləndirilən Nicat Lələzadənin cinayət işi üzrə məhkəmə sonuncu məhkəmə prosesi keçirilib.
Trend xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Nicat Lələzadə 17 il 6 ay müddətə azadlıqdan məhrum edilmə cəzasına məhkum edilib.
Qeyd edək ki, Nicat Lələzadə Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham edilib.
