Bakı. Trend:
2025-ci ildə Naxçıvan Muxtar Respublikasında 474,2 milyon manat dəyərində sənaye məhsulu istehsal edilib.
Bu barədə Trend Naxçıvanın Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu, 2024-cü illə müqayisədə 7,2% çoxdur.
Qeyd edək ki, Dövlət Statistika Komitəsinin son məlumatlarına əsasən, ümumi ölkə üzrə sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2025-ci ilin yanvar-noyabr aylarında 57,5 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,1 faiz az sənaye məhsulu istehsal edilib. Neft-qaz sektorunda məhsul istehsalı 2,1 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 4,8 faiz artıb.
Sənaye məhsulunun 60,6 faizi mədənçıxarma sektorunda, 33,0 faizi emal sektorunda, 5,4 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 1,0 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.
Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 4,7 faiz azalıb, əmtəəlik qaz hasilatı isə 1,1 faiz artıb.
