...

Tayvanda yoxa çıxmış “F-16V” qırıcısının qara qutusu aşkarlandı

Dünya xəbərləri Materials 15 Yanvar 2026 11:40 (UTC +04:00)
Tayvanda yoxa çıxmış “F-16V” qırıcısının qara qutusu aşkarlandı
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Yanvarın 6-da adanın şərq sahilləri yaxınlığında yoxa çıxan “F-16V” qırıcısına məxsus bort qeydiyyat cihazı (qara qutu) aşkarlanıb.

Trend xəbər verir ki, bu barədə Tayvanın Müdafiə Nazirliyinin rəsmisi keçirdiyi brifinqdə bildirib. Onun sözlərinə cihaz hazırda dənizin dibindədir.

“Qara qutunun dəqiq yerləşdiyi yer müəyyən edilib. Lakin o, yerli xilasetmə gəmiləri üçün əlçatmaz olan böyük dərinlikdə olduğuna görə, hərbçilər onun çıxarılması üçün Sinqapur və Yaponiya şirkətləri ilə əməkdaşlıq edirlər”, – rəsmi nümayəndə bildirib.

İtkin düşən təyyarənin pilotunun harada olduğu isə hələlik məlum deyil.

F-16V qırıcısı yanvarın 6-da axşam saatlarında Hualyan qraflığının sahilləri üzərində dəniz üzərində uçuş zamanı radar ekranlarından itib. Təyyarə gecə vaxtı təlim uçuşu həyata keçirən qırıcılar qrupundan ayrılıb. İtkin təyyarənin pilotu kapitan Sin maşın radar ekranlarından yoxa çıxmazdan əvvəl katapult olunmaq niyyətində olduğunu bildirib, lakin onun təyyarəni tərk edib-etmədiyi hələ dəqiq məlum deyil. Pilotun axtarışları nəticə verməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti