Bakı. Trend:
2025-ci ildə Naxçıvan Muxtar Respublikasında informasiya və rabitə xidmətlərinin ümumi dəyəri 35,3 milyon manat təşkil edib.
Bu barədə Trend Naxçıvanın Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu, 2024-cü ildəki göstərici ilə müqayisədə 1,9% azdır.
Qeyd edək ki, Dövlət Statistika Komitəsinin son məlumatlarına əsasən, sözügedən sahədə fəaliyyət göstərən müəssisələr tərəfindən ümumi ölkə üzrə 2025- ci ilin yanvar-noyabr aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə göstərilmiş xidmətlərin dəyəri real ifadədə 8,1 faiz artaraq 3,464 milyard manat təşkil edib ki, onun da 70,7 faizi əhali tərəfindən istehlak olunub.
Xidmətlərdən əldə edilən gəlirin 33,7 faizi və ya 1166,3 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.
