Bakı. Trend:
İyunun 14-də və 15-də polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə narkotik vasitələr aşkar edilib.
Trend xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, əməliyyat tədbirləri nəticəsində 60,2 kiloqramdan artıq narkotik vasitə, 326 ədəd psixotrop tərkibli həb və kultivasiya yolu ilə yetişdirilmiş 606 ədəd çətənə kolu götürülüb, yabanı halda bitmiş 4,6 ton çəkidə 4263 ədəd çətənə kolu aşkar olunaraq məhv edilib.
Qeyd edək ki, bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.