...

"Qarabağ" UFC-ni qarşıladı - Rafael Fiziev Ağdam klubunun stadionunda (FOTO/VİDEO)

İdman Materials 16 İyun 2025 16:39 (UTC +04:00)
"Qarabağ" UFC-ni qarşıladı - Rafael Fiziev Ağdam klubunun stadionunda (FOTO/VİDEO)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda ilk dəfə keçiriləcək “UFC Fight Night: Hill vs. Rountree Jr.” turniri ərəfəsində “Qarabağ” futbol klubunun stadionunda Azərbaycanlı idmançı Rafael Fiziev, Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov və futbolçu Bəhlul Mustafazadənin bir araya gəliblər.

Trend xəbər verir ki, Rafael Fiziev klubun bazasına gəlib, Qurban Qurbanov ilə görüşüb.

Baş məşqçı döyüşçünü stadionla tanış edib. Qurban Qurbanov Azərbaycanlı döyüşçüyə “11” nömrəli klub formasını hədiyyə edib. Rafael Fiziev isə öz növbəsində “Qarabağ” klubunun baş məşqçisinə UFC-nin rəsmi əlcəklərini təqdim edib.

Daha sonra Rafael Fiziev və Bəhlul Mustafazadə məşhur «tirə zərbə» oyununda qüvvələrini sınayıblar. Ardınca Fiziev Bəhlula bir neçə zərbə texnikasını nümayiş etdirib.

Qeyd edək ki, 47.3 milyon izləyicisi olan UFC-nin rəsmi Instagram səhifəsində tədbirdən foto və videolar paylaşılıb.

Xəbər lenti

Xəbər lenti