...

Ötən həftə 9 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib (VİDEO)

Hadisə Materials 16 İyun 2025 11:12 (UTC +04:00)
Ötən həftə 9 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib (VİDEO)
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı.Trend:

Belə ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən həftə ərzində 602 yanğına çıxış, 37 halda köməksiz vəziyyətdə qalma, 3 intihara cəhd və 3 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Trend Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən həftə ərzində 28-i azyaşlı olmaqla 88 nəfər xilas edilib, 40 nəfər təxliyə olunub, 3 nəfər xəsarət alıb, 9 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti