Bakı. Trend:
Bu ilin yanvar-may aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 1,065 milyard manatlıq içkilər və tütün məmulatları satılıb.
Bu barədə Trend Dövlət Statistika Komitəsindən məlumat əldə edib.
Məlumata əsasən, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 0,1% çoxdur.
İçkilər və tütün məmulatları üzrə ticarət dövriyyəsinin yekunda xüsusi çəkisi 4,6% təşkil edib.
Qeyd edək ki, 2025-ci ilin yanvar-may aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 23,341 milyard manatlıq, o cümlədən, 13,073 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 10,267 milyard manatlıq qeyri-ərzaq malları satılıb.
2024-cü ilin yanvar-may ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,8 faiz, o cümlədən, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,6 faiz, qeyri-ərzaq malları üzrə 6,5 faiz artıb.