...

İran İsrailin ABŞ istehsalı olan "MQ-9" dronunu zərərsizləşdirib

Dünya xəbərləri Materials 16 İyun 2025 10:35 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İranın hava hücumlarından müdafiə qüvvələri İsrail ordusuna məxsus ABŞ istehsalı olan “MQ-9 Reaper” pilotsuz uçan aparatını vurub.

Trend xəbər verir ki, bu barədə İranın "IRIB" dövlət teleradio şirkəti məlumat yayıb.

“İran HHM-i Dehloranda bir İsrail dronunu zərərsizləşdirib”, - məlumatda deyilir.

Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, o cümlədən, İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb.

Elə həmin günün axşamı, İran “Həqiqi Vəd III Əməliyyatı” ilə Israilə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərə yüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu da mülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti