...

U-14 yeniyetmələr arasında Liqa yarışının II turu keçiriləcək

İdman Materials 16 İyun 2025 05:59 (UTC +04:00)
U-14 yeniyetmələr arasında Liqa yarışının II turu keçiriləcək

Bakı. Trend:

İyunun 16-17-də tarixlərində cüdo üzrə U-14 yeniyetmələr arasında Liqa yarışının II turu keçiriləcək.

Trend xəbər verir ki, yarışda 92 klub və idman cəmiyyətindən olan 466 idmançı (383 oğlan, 83 qız) ümumilikdə 18 çəki dərəcəsində medallar uğrunda mübarizə aparacaq.

Cari ildə U-14 Liqa yarışının dörd turunun keçirilməsi planlaşdırılır. Bu yarışlar nəticəsində idmançıların reytinq siyahısı formalaşacaq.

Qeyd edək ki, U-14 Liqa yarışının II turu Hövsan qəsəbəsi Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Mərkəzində keçiriləcək.

Xəbər lenti

Xəbər lenti