...

Azərbaycan əhalisinin əczaçılıq məhsullarına çəkdiyi xərclər məlum olub

İqtisadiyyat Materials 16 İyun 2025 13:10 (UTC +04:00)
Azərbaycan əhalisinin əczaçılıq məhsullarına çəkdiyi xərclər məlum olub
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-may aylarında Azərbaycanda istehlakçılara 598,1 milyon manat dəyərində əczaçılıq məhsulları və tibbi ləvazimatlar satılıb.

Bu barədə Trend Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 18,2% çoxdur.

Əczaçılıq məhsulları və tibbi ləvazimatlar üzrə ticarət dövriyyəsinin yekunda xüsusi çəkisi 2,6% təşkil edib.

Qeyd edək ki, 2025-ci ilin yanvar-may aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 23,341 milyard manatlıq, o cümlədən 13,073 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 10,267 milyard manatlıq qeyri-ərzaq malları satılıb.

2024-cü ilin yanvar-may ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,8 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,6 faiz, qeyri-ərzaq malları üzrə 6,5 faiz artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti