Bakı. Trend:
Vəziyyət stabilləşənə qədər İran birjasının fəaliyyətinin dayandırılmasına qərar verilib.
Trend-in məlumatına görə, bunu İran hökumətinin sözçüsü Fatimə Mohacerani bu gün Tehranda keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, birjalarda əhalinin kapitalının qorunması məqsədilə maliyyə bazarlarının da fəaliyyəti elan olunacaq zamana qədər dayandırılıb.
Qeyd edək ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələri endirib. Zərbələr nəticəsində çoxlu sayda hərbçi, o cümlədən İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, SEPAH-ın Hərbi Hava Qüvvələri komandanı Əmir Əli Hacızadə, 9 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb.