...

Tramp İrana nüvə proqramı üzrə “son şans” təklifi verə bilər

Dünya xəbərləri Materials 17 İyun 2025 02:43 (UTC +04:00)
Tramp İrana nüvə proqramı üzrə “son şans” təklifi verə bilər
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp İrana nüvə proqramının nizamlanması ilə bağlı yeni təklif irəli sürə bilər və bu, Tehran üçün “son şans” olacaq.

Trend xəbər verir ki, bu barədə ABŞ və Avropa rəsmiləri məlumat veriblər.

Onların sözlərinə görə, yeni nüvə sazişinin şərtləri əvvəlkilərdən daha sərfəli ola bilər, lakin sənəddə İranın uranı zənginləşdirməkdən tamamilə imtina etməsi ilə bağlı maddə mütləq yer alacaq.

Qeyd edək ki, bundan əvvəl Donald Tramp İran və İsrail arasında sülhün əldə olunması üçün ciddi səylər göstərdiyini bəyan etmişdi.

Xəbər lenti

Xəbər lenti