Bakı. Trend:
Peruda baş verən zəlzələ nəticəsində bir nəfər ölüb, daha 36 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Trend xəbər verir ki, bu barədə iyunun 16-da Perunun Fövqəladə Hallar üzrə Milli Mərkəzi "X" sosial şəbəkəsində məlumat yayıb.
CNN telekanalının yaydığı məlumata görə, 6,1 maqnitudalı yeraltı təkanlar iyunun 15-də Lima şəhəri yaxınlığındakı Kalyao limanından 30 kilometr məsafədə qeydə alınıb. Perunun Milli Seysmoloji Mərkəzi bildirib ki, zəlzələnin episentri paytaxt ətrafında yerləşib.
Zəlzələ həmçinin bir sıra ərazilərdə torpaq sürüşmələrinə səbəb olub. Hazırda hadisə ilə bağlı araşdırmalar davam etdirilir və mümkün dağıntıların qiymətləndirilməsi aparılır.