...

Annalena Berbok BMT-dəki vəzifəsinə görə Bundestaqdan gedir

Dünya xəbərləri Materials 17 İyun 2025 00:19 (UTC +04:00)
Annalena Berbok BMT-dəki vəzifəsinə görə Bundestaqdan gedir
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Almaniyanın keçmiş xarici işlər naziri Annalena Berbok BMT Baş Assambleyasının 80-ci sessiyasının sədri seçildikdən sonra Bundestaqdakı mandatından rəsmi şəkildə imtina edib.

Trend xəbər verir ki, bu barədə “Spiegel” nəşri alman parlamentarilərinə istinadla məlumat yayıb.

Nəşrin məlumatına görə, “Yaşıllar” Partiyasının nümayəndəsi olan siyasətçi iyunun 30-dan etibarən Almaniya parlamentini tərk edəcək. Mandatından imtina qərarı artıq Bundestaqda elan olunub.

Xatırladaq ki, iyunun 2-də Berbok BMT Baş Assambleyasının 80-ci sessiyasının sədri seçilmişdi. Onun namizədliyini 167 ölkə dəstəkləmişdi.

Xəbər lenti

Xəbər lenti