...

İrlandiyada “tənha analar evi”ndə yüzlərlə körpə cəsədinin axtarışına başlanılıb

Dünya xəbərləri Materials 17 İyun 2025 06:14 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İrlandiyada bir zamanlar ərə getməmiş hamilə qadınların yerləşdirildiyi “tənha analar evi”nin ərazisində yüzlərlə körpəyə aid olduğu ehtimal edilən cəsədlərin axtarışına başlanılıb.

Trend xəbər verir ki, bu barədə “Sky News” məlumat yayıb.

Məlumata görə, ərazidə 800-ə yaxın uşağın qalıqları kütləvi məzarlıqda basdırılmış ola bilər. Araşdırmalar 1925–1961-ci illər arasında bu müəssisədə baş verən hadisələrlə bağlıdır. Həmin dövrdə İrlandiyada Katolik kilsəsinin güclü təsiri nəticəsində ərə getməmiş qadınların doğduğu uşaqlar cəmiyyət tərəfindən qəbul edilmirdi və “günahkar” sayılırdı.

Yerində araşdırma aparan yerli tarixçi Ketrin Korless hesab edir ki, həmin uşaqların cəsədləri binanın altında yerləşən, “çuxur” adlanan keçmiş kanalizasiya çəninə atılıb.

İrlandiya hökuməti DNT testləri vasitəsilə mümkün qədər çox uşağın şəxsiyyətini müəyyənləşdirmək və onların hamısını ləyaqətlə yenidən dəfn etmək niyyətindədir.

Xəbər lenti

Xəbər lenti