Bakı. Trend:
"Neftçi" klubu hücumçu Dembo Darbo ilə yollarını ayırıb.
Trend-in klubdan əldə etdiyi məlumata görə, 26 yaşlı qambiyalı futbolçunun müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, 2023-cü ilin avqustunda "Neftçi"yə transfer olunan Darbo komandanın heyətində 19 rəsmi oyuna çıxıb və 5 qola imza atıb.