...

ABŞ Avropadakı bazalara 30-dan çox tanker təyyarəsi yerləşdirib

Dünya xəbərləri Materials 16 İyun 2025 22:09 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Birləşmiş Ştatları bazar ertəsi günü kontinental ərazisindən Avropadakı hərbi hava bazalarına 30-dan çox yanacaq doldurma (tanker) təyyarəsi yerləşdirib.

Trend xəbər verir ki, bu barədə "Military Watch Magazine" məlumat yayıb.

Avropalı aviasiya müşahidəçilərinin bildirdiyinə görə, transatlantik uçuşların ardından ABŞ Hərbi Hava Qüvvələrinin Avropa Komandanlığı tərəfindən İspaniyanın Moron və Rota, Almaniyadakı Ramşteyn, Böyük Britaniya və İtaliyadakı bazalara ümumilikdə ən azı 32 hava tankeri göndərilib.

Məlumata əsasən, ABŞ-dən Avropaya KC-135T Stratotanker və KC-46A Pegasus tipli təyyarələr yerləşdirilib.

Qeyd olunur ki, bu təyyarələrin bir hissəsi Avropaya endikdən sonra Yaxın Şərq istiqamətində — ABŞ-nin Mərkəzi Komandanlığının (CENTCOM) məsuliyyət zonasına, Amerika qırıcılarının yerləşdiyi ərazilərə uçub. Bu isə uzaqmənzilli hərbi əməliyyatlar üçün havada yanacaq doldurma ehtiyacını göstərir.

Xəbər lenti

Xəbər lenti