Bakı. Trend:
Ukrayna özəl investorlara Kirovoqrad vilayətində yerləşən böyük Dobra litium yatağının işlənməsinə imkan verən ABŞ ilə resurs müqaviləsini həyata keçirməyə başlayıb.
Trend xəbər verir ki, bu barədə "New York Times" məlumat yayıb.
Ukrayna hökuməti mərkəzdə yerləşən Dobra litium yatağının işlənməsi üçün şirkətlər arasında açıq tenderlərin keçirilməsi məqsədilə tövsiyələrin hazırlanmasına start verib. Kiyev administrasiyası Tramp dövründə başlanan bu layihənin tez və nəzərəçarpacaq nəticələr verəcəyini nümayiş etdirmək istəyir.
Məlumatda bildirilir ki, ABŞ hökumətinə bağlı TechMet şirkəti və ABŞ Prezidenti Donald Trampın yaxın dostu Ronald Lauderin də daxil olduğu investorlardan ibarət konsorsium potensial iştirakçılar sırasındadır.