Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp Ağ Evin Milli Təhlükəsizlik Şurasının (MTŞ) iclasının keçirilməsi barədə göstəriş verib.
Trend xəbər verir ki, bu barədə “Fox News” jurnalisti Lourens Cons “X” platformasında paylaşım edib.
“Mənə məlumat verilib ki, Prezident Kanadada Yeddilik Qrupunun liderləri ilə şam yeməyində iştirak edəcək və dərhal sonra Vaşinqtona qayıdacaq. O, Ağ Evin Situasiya Otağında MTŞ üzvlərinin hazır olmasını əmr edib”, – jurnalist bildirib.
Bundan əvvəl Ağ Evin mətbuat katibi Kerolayn Livitt açıqlamışdı ki, Tramp Yaxın Şərqdəki vəziyyətlə əlaqədar Kanadada keçirilən G7 sammitini vaxtından əvvəl tərk edərək ABŞ paytaxtına yollanacaq.
“Prezident Tramp bir çox mühüm məsələləri həll etmək üçün bu axşam Vaşinqtona qayıdacaq”, – deyə Livitt vurğulayıb.