Bakı. Trend:
İsrailin Müdafiə Ordusu İran tərəfindən ölkə ərazisinə doğru növbəti raket hücumu qeydə alındığını açıqlayıb.
Trend-in məlumatına görə, bu barədə Ordunun Mətbuat xidməti məlumat yayıb.
"İsrailin Müdafiə Ordusu İrandan İsrailə atılan raketləri aşkar edib. Hərbi Hava Qüvvələri təhlükəni aradan qaldırmaq üçün raketi zərərsizləşdirib və cavab zərbələri endirir", – bəyanatda bildirilir.
Məlumata əsasən, hücum zamanı İsrailin şimal bölgələrində hava hücumu sirenləri səslənib. Hazırda bölgədə vəziyyət gərgin olaraq qalır.