Bakı. Trend:
Müdafiə Qüvvələrinin hərbi təyyarələrinin Təbriz şəhərində yerləşən raket bazasına endirilən zərbələrdən sonrakı peyk təsvirləri yayılıb.
Trend “Times of İsrail”ə istinadən xəbər verir ki, peyk təsvirləri “Planet Labs” tərəfindən yayılıb.
Məlumata görə, təsvirlərdə baza ərazisində olan binaların və nəqliyyat vasitələrinin məhv olduğunu, raket zərbəsindən sonra ərsəyə gələn yanğın nəticəsində otluq ərazilərin yandığı əksini tapır. Peyk şəkillərinin birində məhv edilmiş 3 ballistik raket buraxıcısının qalıqlarını görmək olur.
Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, o cümlədən, İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb.
Elə həmin günün axşamı, İran “Həqiqi Vəd III Əməliyyatı” ilə Israilə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərə yüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu da mülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb