Bakı. Trend:
Belarus, Rusiya, Tacikistan və Vyetnamdan Azərbaycana daha bir qrup şəxs təxliyə olunub
Trend-in məlumatına görə, təxliyə edilənlər arasında diplomatik korpusların nümayəndələri və onların ailə üzvləri, eləcə də İranda müxtəlif sahələrdə çalışan şəxslər var.
Təxliyə olunan ən böyük qrup İranda bir aydır film çəkilişi ilə məşğul olan Rusiyanın incəsənət ustalarından ibarətdir.
Təxliyə gecə saatlarında da davam edir. Xarici ölkə vətəndaşları avtobuslarla hava limanına yola salınır.