...

ABŞ və Böyük Britaniya aerokosmik sənaye üzrə tarifləri aradan qaldıracaq ticarət sazişi imzalayıb

Dünya xəbərləri Materials 17 İyun 2025 04:35 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Vaşinqton və London ABŞ-nin Böyük Britaniyanın aerokosmik sənayesinə tətbiq etdiyi tariflərin aradan qaldırılmasını nəzərdə tutan ticarət sazişini yekunlaşdırıb.

Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Ağ Ev jurnalistlərə açıqlama verib.

Razılaşmaya əsasən, ABŞ Ticarət Nazirliyi Britaniyadan idxal olunan polad və alüminium üçün 25 faiz tarifsiz kvota tətbiq edəcək.

Saziş “Yeddilik Qrupu”nun (G7) Kananaskisdə keçirilən sammiti çərçivəsində ABŞ Prezidenti Donald Tramp və Böyük Britaniyanın Baş naziri Key Starmer tərəfindən elan olunub.

Çıxışı zamanı Tramp ikitərəfli ticarət razılaşması ilə bağlı icra sərəncamını nümayiş etdirmək üçün qovluğu açarkən bir neçə səhifə yerə düşüb. Starmer kağızları yığmağa kömək edərək təbəssümlə “Çox vacib sənəddir” deyib.

Tramp isə çıxışında bu sənədi səhvən “Avropa İttifaqı ilə ticarət sazişi” adlandırıb və digər ölkələrlə də oxşar sazişlərin hazırlanacağını bildirib.

Xəbər lenti

Xəbər lenti