...

Rusiya vətəndaşları Astara sərhəd-keçid məntəqəsi ilə Azərbaycan ərazisindən quru yolla ölkəni tərk edə bilərlər

Siyasət Materials 16 İyun 2025 23:32 (UTC +04:00)
Rusiya vətəndaşları Astara sərhəd-keçid məntəqəsi ilə Azərbaycan ərazisindən quru yolla ölkəni tərk edə bilərlər
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İranın hava məkanının bağlanması səbəbindən Rusiya vətəndaşları Astara sərhəd-keçid məntəqəsi ilə Azərbaycan ərazisindən quru yolu ilə ölkəni tərk edə bilərlər.

Bu barədə Trend Rusiya Xarici İşlər Nazirliyinin Teleqram kanalına istinadən məlumat yayıb.

Həmçinin, İsraili tərk etmək üçün qonşu ölkələr kimi Misir (“Menahem Begin”/Taba sərhəd keçidi) və İordaniya (“Şeyx Hüseyn” sərhəd keçidi) qeyd olunur.

Rusiya Xarici İşlər Nazirliyi Azərbaycanda qüvvədə olan karantin rejimi ilə əlaqədar İranla sərhədin müvəqqəti bağlı olduğunu da diqqətə çatdırıb.

Rusiya diplomatları həmçinin İsrail və İrandakı vətəndaşlarına öz təhlükəsizlikləri üçün hərbi və dövlət obyektlərinə yaxınlaşmamağı tövsiyə edirlər.

Xatırladaq ki, iyunun 13-də səhər İsrail İrana hərbi hava zərbələri endirib. Nəticədə İran Silahlı Qüvvələrinin yüksək rütbəli komandanları və çoxlu sayda hərbçi həlak olub. Eyni gün İran İsrailə qarşı 150-dən çox ballistik raket və 100-dən çox pilotsuz uçuş aparatları ilə cavab zərbələri endirib, bu isə mülki əhalinin itkilərinə və geniş dağıntılara səbəb olub.

Xəbər lenti

Xəbər lenti