...

İsraildən təxliyə edilən 73 slovakiyalı Bratislavaya çatıb

Dünya xəbərləri Materials 17 İyun 2025 00:55 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İsraildən təxliyə edilən 73 Slovakiya vətəndaşını daşıyan xüsusi təyyarə Bratislavaya enib.

Trend xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Robert Kalinyak məlumat verib.

Nazirin sözlərinə görə, təyyarədə slovaklarla yanaşı, digər Avropa İttifaqı ölkələrinin və Malayziya vətəndaşları da olub.

Slovakiya iyunun 17 və 18-də daha iki təxliyə uçuşu həyata keçirməyi planlaşdırır.

İranla münaqişə səbəbindən İsrail hava məkanı iyunun 13-dən bəri mülki aviasiya üçün bağlanıb. Bu səbəbdən təyyarələr sərnişinləri İordaniya və Kipr hava limanlarında qəbul edir.

Xəbər lenti

Xəbər lenti