...

İsrail Ordusu Tehranda İran Silahlı Qüvvələrinin Rabitə Mərkəzinə zərbə endirib

Dünya xəbərləri Materials 16 İyun 2025 21:14 (UTC +04:00)
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İsrail Ordusu Tehranda İran Silahlı Qüvvələrinin Rabitə Mərkəzinə dəqiq zərbə endirdiyini açıqlayıb. Məlumat İranın dövlət teleradio yayımçısının binasının fotosu ilə müşayiət olunub.

Trend xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun Mətbuat Xidməti məlumat yayıb.

Bildirilir ki, bazar ertəsi günü İsrail Hərbi Hava Qüvvələrinin Kəşfiyyat İdarəsinin kəşfiyyat məlumatlarına əsasən İran Silahlı Qüvvələrinin hərbi məqsədlər üçün istifadə etdiyi rabitə mərkəzi hədəfə alınıb və dəqiq zərbə endirilib.

Məlumatda təqdim olunan foto İranın əsas teleradioyayım şirkəti – İran İslam Respublikası Yayımlarının (IRIB) qərargahı kimi görünən binanın havadan çəkilişidir. Bundan əvvəl IRIB qəzeti İsrailin zərbələrindən birinin İranın dövlət televiziyasının binasına dəydiyini xəbər vermişdi.

Xəbər lenti

Xəbər lenti