...

İranın XİN başçısı Avropa rəsmiləri ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib

Dünya xəbərləri Materials 17 İyun 2025 02:00 (UTC +04:00)
İranın XİN başçısı Avropa rəsmiləri ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İranın xarici işlər naziri Abbas Əraqçi Böyük Britaniyadan Devid Lemmi, Almaniyadan İohan Vadefül, Fransadan Jan-Noel Barro və Avropa İttifaqının diplomatiyasının rəhbəri Kaya Kallas ilə telefon danışığı apararaq Yaxın Şərqdəki gərgin vəziyyəti müzakirə edib.

Trend xəbər verir ki, bu barədə nazirin Telegram kanalında yerləşdirilmiş məlumatda bildirilir.

Mətnə əsasən, Əraqçi bildirib: “İranın təcavüzə qarşı qanuni müdafiəsi güc tətbiqi ilə davam edəcək və müharibənin istənilən genişlənməsinin nəticələrinə görə məsuliyyət İsrailin, onun tərəfdarlarının və buna haqq qazandıranların üzərinə düşəcək.”

Telefon danışığı zamanı o əlavə edib: “Şübhə yoxdur ki, İsrail ABŞ-nin dəstəyi, yardımı və əməkdaşlığı ilə İran xalqına qarşı bu müharibəyə başlayıb. Buna görə də biz ABŞ-ni bu vəziyyətə görə məsuliyyətli və törədilən cinayətlərdə şərik hesab edirik.”

Xəbər lenti

Xəbər lenti