...

İran-İsrail gərginliyi fonunda Tehrandan çıxarılan rusiyalı alimlər Bakıdan Moskvaya yola salınıb

Dünya xəbərləri Materials 17 İyun 2025 02:05 (UTC +04:00)
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İran-İsrail arasında münaqişənin gərginləşməsi səbəbindən Tehranı tərk etmək məcburiyyətində qalan 12 rusiyalı alim Bakıdan təyyarə ilə Moskvaya yola salınıb.

Trend-in məlumatına görə, bu barədə A.M.Qorçakov adına İctimai Diplomatiyaya Dəstək Fondunun mətbuat katibi Alena İsakova açıqlama verib.

"İyunun 12-dən 14-dək Tehranda keçirilən 'BRİKS Təhsil Ekspedisiyası'nda iştirak edən Fondun nümayəndə heyətinin 12 üzvü bu gün Bakıdan Moskvaya gəlib. Onların geri qaytarılması Fondun koordinasiyası ilə həyata keçirilib", – İsakova bildirib.

Xəbər lenti

Xəbər lenti