...

İran Silahlı Qüvvələri Bney Brak şəhərindəki hərbi obyektlərə zərbə endirəcəyini bəyan edib

Dünya xəbərləri Materials 16 İyun 2025 22:17 (UTC +04:00)
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İranın Silahlı Qüvvələri yaxın saatlarda Təl-Əvivin yaxınlığında yerləşən Bney Brak şəhərindəki İsrail hərbi obyektlərinə zərbələr endirəcəyini açıqlayıb və bölgə sakinlərini təxliyəyə çağırıb.

Trend xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin yaydığı rəsmi məlumatda qeyd olunub.

“İran İslam Respublikası işğal olunmuş ərazilərin sakinlərini sağ qalmaq üçün Bney Brak ərazisini dərhal tərk etməyə çağırır. Yaxın saatlarda İran Silahlı Qüvvələri, son günlər Təl-Əviv bölgəsində baş verən hadisələr fonunda, bu ərazidəki İsrail hərbi obyektlərinə hücum edəcək”, – məlumatda bildirilir.

Xəbər lenti

Xəbər lenti