Bakı. Trend:
Tehranda hava hücumundan müdafiə sistemləri İsrailin hücumlarını dəf etməyə davam edir
Trend xəbər verir ki, Tehranda hava hücumundan müdafiə (HHM) sistemləri artıq 30 dəqiqədən çoxdur fasiləsiz fəaliyyət göstərir.
Şahidlərin sözlərinə görə, İran paytaxtının səmasında güclü partlayış səsləri eşidilir. Zenit qurğuları alçaqdan uçan hədəflərə atəş açır, bu hava obyektləri isə şəhər üzərində manevr edirlər. Eyni zamanda, səmada hələ də yüksəkdə partlayış səsləri eşidilməyə davam edir ki, bu da ehtimalən HHM sistemlərinin fəaliyyətinin nəticəsidir.
İran rəsmiləri hücumun miqyası və mümkün nəticələri ilə bağlı hələlik rəsmi açıqlama verməyiblər. Regionda vəziyyət son dərəcə gərgin olaraq qalır.