...

Almaniyada 24 milyon avro dəyərində kokain müsadirə edilib

Dünya xəbərləri Materials 16 İyun 2025 20:47 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Almaniya hüquq-mühafizə orqanlarının əməkdaşları Hamburq limanında təxminən 24 milyon avro (47 milyon manatdan çox) dəyərində, 600 kiloqrama yaxın kokain aşkar edərək müsadirə ediblər.

Trend-in məlumatına görə, bu barədə Almaniyanın “Stern” nəşri xəbər yayıb.

Məlumata əsasən, narkotik vasitələr Cənubi Amerikadan gətirilən meyvələrin altlıqlarından birində aşkarlanıb. Yoxlama Dominikan Respublikasının hökumət orqanlarının verdiyi siqnaldan sonra həyata keçirilib.

Hazırda bu iş üzrə heç kim saxlanılmayıb. Lakin araşdırmaçılar bu insidentin 2024-cü ilin sonunda Saksoniya bölgəsinin Qrimma şəhərində baş vermiş analoji hadisə ilə mümkün əlaqəsini araşdırırlar. Həmin vaxt banan qutularında 590 kiloqram kokain tapılmış və şübhəli bağlamaları görən sahibkar özü polisə məlumat vermişdi.

Xəbər lenti

Xəbər lenti