Bakı. Trend:
İranın hava hücumundan müdafiə qüvvələri İsrail Hərbi Hava Qüvvələrinə məxsus F-35 tipli qırıcı təyyarəni Təbrizin şimal-qərb səmasında məhv edib.
Trend xəbər verir ki, bu barədə İran KİV-ləri məlumat yayıb.
Məlumata görə, bu, İran ordusu tərəfindən indiyədək vurulan dördüncü İsrail F-35 təyyarəsidir.
Qeyd edək ki, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) son hesabatında 2024-cü il mayın 17-dək İranın 60%-lik zənginləşdirilmiş uran ehtiyatının 408,6 kiloqrama çatdığı bildirilir. Bu göstərici fevral ayındakı hesabatla müqayisədə 133,8 kiloqram artım deməkdir. Agentlik bu zənginləşdirmə səviyyəsinin silah səviyyəsi olan 90%-ə çatması üçün “qısa texniki addım” olduğunu vurğulayıb və İranı tam və effektiv əməkdaşlığa çağırıb.