Bakı. Trend:
ABŞ Dövlət Departamenti ölkə vətəndaşlarına İrana səfər etməməyi və hazırda orada olan şəxslərə İslam Respublikasını dərhal tərk etməyi tövsiyə edib.
Trend xəbər verir ki, bu barədə Dövlət Departamenti rəsmi "X" hesabında məlumat yayıb.
“ABŞ vətəndaşları heç bir səbəblə İrana səfər etməməli və orada olanlar ölkəni dərhal tərk etməlidirlər. İranı tərk edə bilməyən ABŞ vətəndaşları isə uzun müddət sığınacaqda qalmağa hazır olmalıdırlar”, – qurumun açıqlamasında bildirilib.