Bakı. Trend:
İsrail Knesseti (parlamenti) ölkədə fövqəladə vəziyyət rejiminin iyunun sonuna qədər uzadılması barədə hökumət təklifini təsdiqləyib.
Trend xəbər verir ki, bu barədə İsrail KİV-ləri məlumat yayıb.
Məlumata görə, İranla müharibə vəziyyəti ilə bağlı keçirilən qapalı brifinqdən sonra Knessetin Xarici Əlaqələr və Müdafiə Komitəsinin üzvləri İsrailin müdafiə naziri İsrael Katz tərəfindən təqdim olunan və iyunun 15-də Nazirlər Kabineti tərəfindən təsdiqlənən fövqəladə vəziyyət rejiminin uzadılmasına yekdilliklə səs veriblər.
Bildirilir ki, iyunun 17-də komitənin İsrailin xarici işlər naziri Gideon Saarın iştirakı ilə daha bir qapalı iclası keçiriləcək.