...

Çin səfirliyi İsraildəki vətəndaşlarına ölkəni təcili tərk etməyi tövsiyə edib

Dünya xəbərləri Materials 17 İyun 2025 06:02 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Çinin İsraildəki səfirliyi bu ölkədə yaşayan vətəndaşlarına təhlükəsizlik səbəbindən İsraili tez bir zamanda tərk etməyi, xüsusilə İordaniya ilə sərhədi keçməyə üstünlük verməyi tövsiyə edib.

Trend xəbər verir ki, bu barədə səfirliyin rəsmi “WeChat” hesabında yayımlanan bəyanatda bildirilib.

“Hazırda İsrail və İran arasında münaqişə kəskinləşməkdə davam edir. Bir çox mülki obyektə ziyan dəyib, mülki əhali arasında itkilər artır və təhlükəsizlik vəziyyəti daha da ciddiləşib”, – deyə bəyanatda qeyd olunub.

Xəbər lenti

Xəbər lenti