...

İlon Mask ABŞ-ni defolt təhlükəsi barədə xəbərdarlıq edib

Dünya xəbərləri Materials 17 İyun 2025 07:36 (UTC +04:00)
İlon Mask ABŞ-ni defolt təhlükəsi barədə xəbərdarlıq edib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İlon Mask ABŞ-nin hazırkı maliyyə siyasətinin dəyişməyəcəyi təqdirdə ölkənin defolt riski ilə üz-üzə qala biləcəyini bildirib.

Trend xəbər verir ki, bu barədə o, sosial şəbəkə "X"də ABŞ dövlət borcu və ona xidmətlə bağlı paylaşıma münasibət bildirərkən yazıb.

"Əgər bu cür davam etsə, ABŞ faktiki olaraq müflisləşəcək. Bütün vergi gəlirləri yalnız dövlət borcunun faizlərinin ödənilməsinə yönələcək və başqa heç nəyə vəsait qalmayacaq", – deyə Mask qeyd edib.

Xatırladaq ki, hazırda ABŞ-nin federal vergi gəlirlərinin təxminən 25 faizi 37 trilyon dollara çatan dövlət borcunun faizlərinə yönəldilir. Ölkənin illik büdcə gəlirləri isə təxminən 5 trilyon dollar təşkil edir.

Qeyd edək ki, "Tesla" və "SpaceX" şirkətlərinin rəhbəri olan İlon Mask 368 milyard dollarlıq sərvəti ilə dünyanın ən varlı insanı hesab olunur.

Xəbər lenti

Xəbər lenti