...

Şimali Makedoniya Respublikası Assambleyasının sədri ölkəmizə səfərə gəlib

Siyasət Materials 17 İyun 2025 06:15 (UTC +04:00)
Şimali Makedoniya Respublikası Assambleyasının sədri ölkəmizə səfərə gəlib
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Şimali Makedoniya Respublikası Assambleyasının sədri Afrim Qaşi iyunun 16-da Azərbaycana rəsmi səfərə gəlib.

Trend xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Hava Limanında qonağı Milli Məclis sədrinin müavini Rafael Hüseynov, Azərbaycan-Şimali Makedoniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Fazil Mustafa, Azərbaycanın Şimali Makedoniyadakı səfiri Kamil Xasiyev və digər rəsmi şəxslər qarşılayıblar.

Spiker Afrim Qaşi ölkəmizə səfəri çərçivəsində dövlət rəsmiləri ilə bir sıra görüşlər keçirəcək, bununla yanaşı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) 65-ci plenar sessiyasının tədbirlərinə qatılacaq.

Xəbər lenti

Xəbər lenti