...

İsrail Qolan təpələrində dron zərərsizləşdirib (YENİLƏNİB)

Dünya xəbərləri Materials 17 İyun 2025 09:38 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Qolan təpələrində elan olunmuş dron həyəcanından sonra İsrail hava qüvvələri əraziyə daxil olan pilotsuz uçan aparatı qısa müddət ərzində vurub.

Trend bu barədə “Times of Israel”ə istinadən xəbər verir.

İsrail Hava qüvvələrinin sutka ərzində İsrailin şimalında azı 12 pilotsuz uçan aparatı zərərsizləşdirdiyi bildirilir.

Qeyd edək ki, bir müddət əvvəl Qolan təpələrində dron hücumu həyəcanı elan olunmuşdu.

xxx

09:16

İsrail potensial dron hücumları ilə əlaqədar Qolan təpələrində yerləşən Ramat Maqşimim rayonunda hava hücumu həyəcanı elan edib.

Trend bu barədə İsrail KİV-ə istinadən xəbər verir.

Məlumata görə, aidiyyəti qurumlar sakinlərin təhlükəsiz sığınacaqlarda daldalanmalarını tövsiyə edib.

Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, o cümlədən, İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb.

Elə həmin günün axşamı, İran “Həqiqi Vəd III Əməliyyatı” ilə Israilə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərə yüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu da mülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb

Məqalədə:
Xəbər lenti

Xəbər lenti