...

Çində beyin-kompüter interfeysi implantasiyası uğurla həyata keçirilib

Dünya xəbərləri Materials 17 İyun 2025 06:39 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Çində 13 il əvvəl elektrik cərəyanı vurduqdan sonra bütün əzalarını itirmiş 36 yaşlı xəstəyə ölkədə ilk dəfə beyin-kompüter interfeysinin (BCI) implantasiyası uğurla həyata keçirilib.

Trend-in məlumatına görə, bu barədə “Global Times” nəşri məlumat yayıb.

Miniatür implant sayəsində xəstə düşüncə gücü ilə kompüteri idarə edə bilir, bu da ona şahmat oynamağa və video oyunlara qatılmağa imkan verir.

Layihə Çin Elmlər Akademiyasının alimləri və Huaşan Universitetinin xəstəxanasında neyrocərrahların beşillik birgə tədqiqat və əməliyyat səylərinin nəticəsidir. Bununla da Çin ABŞ-dən sonra klinik praktikada invaziv beyin-kompüter interfeysini tətbiq edən ikinci ölkə olub.

Sikkə ölçüsündə olan (diametri 26 mm, qalınlığı 6 mm-dən az) ultranazik çip 2025-ci ilin martında xəstənin beyninə implantasiya edilib. İnsan saçından daha nazik elektrodlarla təchiz edilmiş cihaz beyin toxumasına minimum zərər yetirərək yüksək dəqiqliklə sinir siqnallarını oxumağı təmin edir.

Xəbər lenti

Xəbər lenti