Bakı. Trend:
Azərbaycan şagirdləri çox bilikli və bacarıqlıdır.
Trend xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Ceyhun Məmmədov "Bilbacar" müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi zamanı çıxış edərkən deyib.
O bildirib ki, şagirdlərin inkişafında müsabiqələr, olimpiadalar böyük rol oynayıq:
"Bilikli gənclərimiz çoxdur, amma o biliyi ifadə etmək bacarığı bütün gənclərdə yoxdur. Biz gənclərdə biliklə yanaşı, bacarıqların tətbiqini davamlı olaraq təşviq etməliyik. Müəssisələrin hamısı sərişdə tələb edir. Buna görə də şagirdlərimiz öz üzərlərində daim işləməlidirlər. Bacarıq, bilik və yaradıcılığı inkişaf etdirməlidirlər".
"Hər zaman gənclərimizin bacarıqlı olması üçün çalışmalıyıq. Bilik həm də güc deməkdir. Sən biliklisənsə, deməli güclüsən. Bu mənada müəllimlərin üzərinə böyük vəzifə düşür. Bu cür müsabiqələr bacarıqlı gənclərin yönləndirilməsi üçün xüsusi önəm daşıyır"- deyə deputat qeyd edib.