...

Azərbaycanın istehlak bazarı 5%-dən çox böyüyüb

İqtisadiyyat Materials 17 İyun 2025 15:22 (UTC +04:00)
Azərbaycanın istehlak bazarı 5%-dən çox böyüyüb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-may aylarında istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 30 milyard manat olub.

Bu barədə Trend Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu göstərici 2024-cü ilin yanvar-may aylarına nisbətən 5,2 faiz artıb.

Qeyd edilib ki, ümumi dəyərin 77,8 faizini pərakəndə ticarət dövriyyəsi, 18,9 faizini əhaliyə göstərilmiş ödənişli xidmətlərin dəyəri, 3,3 faizini isə ictimai iaşə dövriyyəsi təşkil edib.

Qeyri-dövlət sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 2024-cü ilin yanvar-may ayları ilə müqayisədə 5 faiz artaraq 28,7 milyard manata bərabər olub ki, onun da 42,4 faizi fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb.

Hesabat dövründə bir istehlakçı orta hesabla ayda 586,5 manat və ya 2024-cü ilin eyni dövrü ilə müqayisədə nominal ifadədə 55,0 manat çox vəsait xərcləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti