...

Avtomobil nəqliyyatı ilə yük və sərnişin daşımalarının həcmi açıqlanıb

İqtisadiyyat Materials 17 İyun 2025 16:19 (UTC +04:00)
Avtomobil nəqliyyatı ilə yük və sərnişin daşımalarının həcmi açıqlanıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-may aylarında nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 58,1 milyon ton yük, 750,4 milyon sərnişin daşınıb.

Bu barədə Trend Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, 2024-cü ilin yanvar-may ayları ilə müqayisədə hər iki daşınma üzrə 6,8 faiz artım qeydə alınıb.

Sərnişinlərin 95,6 faizi avtobus, 4,4 faizi isə minik taksilərinin xidmətlərindən istifadə edib. Yük dövriyyəsi 8,2 faiz, sərnişin dövriyyəsi isə 9,7 faiz artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti