...

Sertifikasiya imtahanındakı sualla bağlı narahatlıq aradan qaldırılıb - Nəzakət Mehdiyeva

Cəmiyyət Materials 17 İyun 2025 14:47 (UTC +04:00)
Sertifikasiya imtahanındakı sualla bağlı narahatlıq aradan qaldırılıb - Nəzakət Mehdiyeva
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı . Trend:

Təhsil İnstitutu sertifikasiya imtahanının sınaq mərhələsində müxtəlif mənbələrdə eyni sualın cavabının fərqli şəkildə təqdim olunması ilə bağlı narahatlığa münasibət bildirib.

Trend xəbər verir ki, bu barədə sertifikasiya imtahanının sınağında müxtəlif mənbələrdə müxtəlif cür düzgün cavabların təqdim edilməsi ilə bağlı iddialara dair sualı cavablandırarkən Təhsil İnstitutunun Təhsilverənlərin peşəkar inkişafı mərkəzinin direktoru Nəzakət Mehdiyeva məlumat verib.

O bildirib ki, sınaq imtahanında narazılıq doğuran sualla bağlı vebinar təşkil edilib və məsələ öz həllini tapıb.

Qeyd edək ki, sınaq imtahanında inteqrasiyaya dair təqdim olunan bir sualın düzgün cavabı müxtəlif mənbələrdə fərqli şəkildə göstərildiyi üçün müəllimlər arasında narahatlıq yaranmışdı. Onlar əsas imtahanda da bu cür halların baş verə biləcəyindən ehtiyat edirdilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti