...

Azərbaycanda qızıl istehsalı artıb

İqtisadiyyat Materials 17 İyun 2025 16:25 (UTC +04:00)
Azərbaycanda qızıl istehsalı artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin yanvar-may aylarında Azərbaycanda 1 298 kiloqram qızıl istehsal edilib.

Trend bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata görə, qızıl istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 505,8 kiloqram və ya 63,9% artıb.

Belə ki, ötən ilin yanvar-may aylarında Azərbaycanda 792 kiloqram qızıl istehsal olunmuşdu.

Cari ilin iyun ayının birinə ölkədə hazır qızıl ehtiyatının miqdarı 119,4 kiloqram olub.

Qeyd edək ki, hesabat dövründə ölkədə mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 16,2 milyard manat olmaqla, əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,4 faiz azalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti