...

İsrail 30-a yaxın dronu məhv edib (VİDEO)

Dünya xəbərləri Materials 17 İyun 2025 10:54 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İsrail Hərbi Hava Qüvvələri ötən gecə ərzində İsrailə hədəflənmiş 30-a yaxın dronu vurub.

Trend xəbər verir ki, bu barədə İsrailin Müdafiə Qüvvələri (IDF) məlumat yayıb.

Məlumata görə, dronların çoxu Israil sərhədlərində zərərsizləşdirilib, bir neçəsinin isə Qolan Təpələri bölgəsində vurulduğu bildirilir.

Bundan başqa, IDF rəsmi “X” səhifəsində dronlardan birinin İsrail HHQ-a aid helikopter tərəfindən vurulmağını əks etdirən görüntü yayılıb.

Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, o cümlədən, İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb.

Elə həmin günün axşamı, İran “Həqiqi Vəd III Əməliyyatı” ilə Israilə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərə yüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu da mülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti