...

İnformasiya və rabitə sahəsi üzrə xidmətlərin dəyəri 7%-dən çox artıb

Telekommunikasiya Materials 17 İyun 2025 15:46 (UTC +04:00)
İnformasiya və rabitə sahəsi üzrə xidmətlərin dəyəri 7%-dən çox artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

İnformasiya və rabitə sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən 2025-ci ilin yanvar-may aylarında göstərilmiş xidmətlərin dəyəri 1,417 milyard manat təşkil edib.

Bu barədə Trend Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə göstərilmiş xidmətlərin dəyəri real ifadədə 7,3 faiz artıb.

Hesabat dövründə bu sahə üzrə göstərilmiş xidmətlərin 74,3 faizi əhali tərəfindən istehlak olunub.

Xidmətlərdən əldə edilən gəlirin 34,6 faizi və ya 490,3 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti